Türkiyənin Kilis şəhərində fevral ayında baş vermiş dağıdıcı zəlzələ zamanı ciddi ziyan dəymiş yaşayış binası uçub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Məlumata görə, dağıntılar altında qalanlar xilasedicilər və sakinlər tərəfindən xilas edilərək təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onların ikisi azyaşlıdır.
Dağıntılar altında daha bir nəfərin qaldığı ehtimal edilir. Əraziyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:13 / 27.07.2023
Türkiyədə bina UÇDU: Xəsarət alanlar var
Hazırda oxunan: Türkiyədə bina UÇDU: Xəsarət alanlar var
Hazırda oxunan: Türkiyədə bina UÇDU: Xəsarət alanlar var
148284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.