Ötən həftə səhhəti qəfil pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçinin bacısı, Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında məlumat yayıb.
Bacısını xəstəxanada ziyarət edən sənətçi həmin görüntüləri izləyicilərlə bölüşüb. Aybəniz paylaşımına “Çox şükür, Şahnaz xanım artıq evə yazıldı, əziz dostlar” sözlərini yazıb.
Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirib.
Rəşad Əliyev, Bizim.Media