İsmayıllıda bələdiyyə sədri barəsində inzibati tənbeh tətbiq olunub - SƏBƏB/FOTO

İsmayıllıda bələdiyyə sədri barəsində inzibati tənbeh tətbiq olunub - SƏBƏB/FOTO

Hazırda oxunan: İsmayıllıda bələdiyyə sədri barəsində inzibati tənbeh tətbiq olunub - SƏBƏB/FOTO

148107

İsmayıllıda bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib. 

Rayon ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. 

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Buynuz kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO