Gəncə - Daşkəsən avtomobil yoluna iri qaya parçası düşdü - FOTO

Gəncə - Daşkəsən avtomobil yoluna iri qaya parçası düşdü - FOTO

Hazırda oxunan: Gəncə - Daşkəsən avtomobil yoluna iri qaya parçası düşdü - FOTO

14799

Bu gün gecə saatlarında Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu kilometrliyində iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə yolun bir zolağı üzrə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

Məlumatlara görə,dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə dağıdılaraq ərazidən götürülüb, sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.

Bizim.Media








 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO