Bakı-Quba yolunda ağır QƏZA: Ölən var 

Bakı-Quba yolunda ağır QƏZA: Ölən var 

Hazırda oxunan: Bakı-Quba yolunda ağır QƏZA: Ölən var 

147840

Ötən gün gecə saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 29,5-ci kilometliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın Mirzəməmməd kənd sakini, 54 yaşlı Bəhruz Əlövsət oğlu İsmayılov idarə etdiyi "Opel" markalı avtomobillə Quba istiqamətinə gedərkən qəfildən idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Sürücü Bəhruz İsmayılov hadisə yerindəcə ölüb. Qəzanın başvermə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO