“Ermənilər qarşımızda tab gətirə bilmirdilər” - İvanovkalı 24 yaşlı rus - FOTO

“Ermənilər qarşımızda tab gətirə bilmirdilər” - İvanovkalı 24 yaşlı rus - FOTO

Hazırda oxunan: “Ermənilər qarşımızda tab gətirə bilmirdilər” - İvanovkalı 24 yaşlı rus - FOTO

14758

“Mən əslən rus olsam da, Azərbaycan vətəndaşıyam, burada doğulmuşam, burada yaşayıram, burada xidmətdə olmuşam, burada da döyüşürəm. Mən bu Vətəni sevirəm. Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak etmişəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Sputnik Azərbaycan”a müsahibəsində Vətən müharibəsinin içtirakçısı, İsmayıllı rayonunun İvanovka kənd sakini 24 yaşlı Sapunkov Oleq İvanoviç deyib.

Onun sözlərinə görə, ermənilər Azərbaycan əsgərinin şücaəti və igidliyi qarşısında tab gətirə bilmirdilər:

“Ona görə də silah-sursatı, texnikanı atıb qaçırdılar. Sonda biz qalib gəldik, düşmənə yerini göstərdik. Bu sevinci yaşadığımız üçün özümüzü xoşbəxt sanırıq".

Xatırladaq ki, müharibə dövründə İvanovkadan 17 nəfər səfərbərlik xətti ilə ordu sıralarına qatılıb.

Eyni zamanda, İvanovka kəndinin sakinləri arxa cəbhədə də orduya dəstək aksiyaları keçirib, ön cəbhəyə yardım göndərilməsində könüllü iştirak ediblər. 

Qeyd edək ki, Vətən müharibəsində İvanovka kəndindən bir nəfər - 28 yaşlı Etibar Şirinov şəhidlik zirvəsinə ucalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO