Rusiya azərbaycanlının qatili Arman Arakelyanı Ermənistana təhvil verdi - FOTO

Rusiya azərbaycanlının qatili Arman Arakelyanı Ermənistana təhvil verdi - FOTO

Hazırda oxunan: Rusiya azərbaycanlının qatili Arman Arakelyanı Ermənistana təhvil verdi - FOTO

14726

Rusiyada azərbaycanlının qətlinə görə azadlıqdan məhrum edilmiş Arman Arakelyan dünən Ermənistana təhvil verilib.

Bizim.Media-nın məlumatına görə, bu barədə “News.am”a onun vəkili Artur Daşyan bildirib.

O, qeyd edib ki, bununla bağlı işlər uzun müddətdir görülürdü. Arman Arakelyanın ekstradisiyası koronavirus məhdudiyyətləri, ikinci Qarabağ müharibəsi və digər səbəblərə görə təxirə salınıb. Qatil cəzasının qalan hissəsini vətənində çəkəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Moskva Ermənistan ordusunu yenidən qurur – Səfir açıqladı


Cinayətkar cəzasının 6 ilini Rusiyanın Murmansk şəhərindəki həbsxanada çəkib.

Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkumun oğlu və qohumları onun ekstradisiyası tələbi ilə Ermənistanın hökumət binası qarşısında aksiya keçiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO