Şərurda yanğın hadisəsi baş verib - FOTO/VİDEO 

Şərurda yanğın hadisəsi baş verib - FOTO/VİDEO 

Hazırda oxunan: Şərurda yanğın hadisəsi baş verib - FOTO/VİDEO 

147196

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Diyadin kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik tikililərə keçmə riski yüksəkdir. 

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 
Yanğın nəticəsində 600 ədəd ot bağlamasından 300-ü yanıb. 300 ədəd ot bağlaması, ümumi sahəsi 78m² olan təsərrüfat obyekti və orada olan 5 ədəd iribuynuzlu heyvan, ümumi sahəsi 70m² olan qaraj və yardımçı tikili yanğından mühafizə olunub.
 









Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO