Mikayıl Cabbarovdan “Yüksəliş” müsabiqəsinin qalibləri ilə bağlı PAYLAŞIM - FOTO

Mikayıl Cabbarovdan “Yüksəliş” müsabiqəsinin qalibləri ilə bağlı PAYLAŞIM - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarovdan “Yüksəliş” müsabiqəsinin qalibləri ilə bağlı PAYLAŞIM - FOTO

147127

İqtisadiyyat Nazirliyinin əməkdaşları Elvin Əlizadə və Mirzə Ələkbər Babayev III “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Bizim.Media xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.

"İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, peşəkar kadr ehtiyatının yaradılması məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş daha bir “Yüksəliş” müsabiqəsi yekunlaşıb. İki əməkdaşımız da müsabiqənin qalibləridir. 
Onlar İqtisadiyyat Nazirliyində kadrların peşəkarlığının artırılması məqsədi daşıyan “Uğur yolu” karyera inkişafı proqramında da qalib gəliblər. Əməkdaşlarımıza və “Yüksəliş” müsabiqəsinin digər qaliblərinə təbriklərimizi çatdırır, uğurlar arzulayırıq", - deyə nazir qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO