Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumları ilə bağlı yeni tapşırıqlar VERDİ

Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumları ilə bağlı yeni tapşırıqlar VERDİ

Hazırda oxunan: Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumları ilə bağlı yeni tapşırıqlar VERDİ

147008

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 19-na keçən gecə Rusiya ordusunun Ukraynanı kütləvi atəşə tutması ilə bağlı videokonfrans formatında müşavirə keçirib, mühüm qərarlar qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkə başçısı teleqram kanalında yazıb. 

“Səhər konfransında mən Rusiyanın Odessa, Jitomir və digər bölgələrimizə gecələr endirdiyi zərbələr barədə məlumat eşitdim. Rusiya kifayət qədər məqsədli şəkildə “Taxıl sazişi”nin infrastrukturunu hədəfə alıb”. 

V.Zelenski hərbçilərə insanların və liman infrastrukturunun mühafizəsini gücləndirməyi, Xarici İşlər Nazirliyinə isə Rusiyaya qarşı təzyiqi artırmaq və Ukrayna taxılının normal ixracını davam etdirmək üçün tərəfdaşlarla əlaqələri gücləndirməyi tapşırıb. 
Qeyd edək ki, iyulun 19-na keçən gecə Rusiya qoşunları bir neçə növ raketlərdən, eləcə də kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə Ukraynaya hücum edib. Odessa, Xerson, Kropivnitski, Jitomir vilayəti və Kiyevdə partlayış səsləri eşidilib. Odessada da yaşayış binaları, liman və mühüm infrastruktur atəşə tutulub, 10-dan çox insan yaralanıb. Nikolaev bölgəsində isə zərbə Koblevo bölgəsindəki kurort zonasına dəyib. Burada iki nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO