Malların gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal sistem yaradılacaq? – AÇIQLAMA 

Malların gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal sistem yaradılacaq? – AÇIQLAMA 

Hazırda oxunan: Malların gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal sistem yaradılacaq? – AÇIQLAMA 

146994

“Görünən odur ki, Dövlət Gömrük Komitəsi cari işlərə daha çox zaman sərf edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, uzun illərdir ki, DGK-də malın gömrük dəyərini müəyyən etmək problemli və əsas narazılıq doğuran məsələ olub:

“İndi də belədir. İdxal ilə məşğul olan sahibkarlar bəzən Çindən gətirdikləri malın az qala yarısı qədər gömrük ödənişinin edilməsi ilə üzləşdiklərini bildirirlər. Onlar iddia edirlər ki, gömrük orqanları idxal edilmiş mallara olduğundan daha böyük gömrük dəyəri müəyyən edirlər. Gömrük dəyərinin hesablanması üçün ağlabatan bir üsul indiyədək ortada yoxdur.

Xatırlayıram ki, DGK-də əvvəllər bununla bağlı nəhəng bir departament də yaratmışdılar. Amma ağlabatan bir mexanizm ortaya çıxmadı. DGK indiyədək bir xeyli faydalı rəqəmsal həllər və elektron xidmətlər formalaşdırıb. “Smart Customs” bir çox problemlərin anında həll olunmasına kömək edir. Amma malın gömrük dəyərinin  müəyyən edilməsi üçün daha effektiv olan rəqəmsal həll formalaşdırmağa nədənsə diqqət yetirilməyib”.

Osman Gündüz bi neçə gün öncə Gömrük Komitəsinin quruma edilən müraciətlərlə bağlı açıqladığı məlumata da diqqət çəkib:

“Bu statistikadan görünür ki, DGK-ya olan müraciətlərin az qala yarısı fiziki şəxslərin "İMEİ kodlar problemi" və "Karqo problemi" ilə, yəni vətəndaşların şəxsi məqsəd üçün gətirdikləri mallarla bağlı olub. Yəni, bu nəhənglikdə dövlət xidmətinə olan müraciət əsasən fiziki şəxslərin bəyanetməsi ilə bağlı olub.

Düşünürəm ki, burada nəsə doğru deyil. Hazırda bu sektorda aparılan islahatlar, gömrük xidmətində struktur dəyişiklikləri, bu sektordakı  strateji hədəflər daha çevik və effektiv mexanizmlərin yaradılmasını şərtləndirir. Beynəlxalq təcrübəyə nəzər salanda görmək mümkündür ki, bu tip məsələlər tam rəqəmsallaşıb.
Ümid edirəm DGK-nın yeni rəhbərliyi də uzun illərdən bəri mövcud olan bu problemin, malın gömrük dəyərinin qısa zamanda müəyyən edilməsi üçün ağlabatan bir mexanizm, rəqəmsal bir resurs formalaşdıra biləcək. Fikrimcə, gömrük xidmətində resurslar cari xarakterli işlərə deyil, gömrük proseslərinin rəqəmsal transformasiyasına yönəldilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO