Azərbaycanda küçələrdə qalan uşaqların SAYI AÇIQLANDI

Azərbaycanda küçələrdə qalan uşaqların SAYI AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda küçələrdə qalan uşaqların SAYI AÇIQLANDI

146976

Küçə uşaqları çox azdır, valideyn diqqətindən yayınaraq küçələrdə qalan uşaqlar var. Bu çox ağrılı mövzudur. 

Bizim.Media xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib. 

"Azərbaycanda 2022-ci ildə küçə uşağı kimi qeyd edilən uşaqların sayı cəmi 3-dür. 2021-ci ildə isə bu rəqəm 19 olub. Bu rəqəm belə bizi üzür. Amma dünya ölkələri ilə müqayisədə bizdə vəziyyət yaxşıdır. Küçələrdə olan uşaqlar müxtəlif kateqoriyalar üzrə o vəziyyətdədir.

Düşünürəm ki, onlar üçün reabilitasiya proqramı hazırlanmalıdır. Burada ən qabaqcıl ölkələrin təcrübəsini tətbiq edirik. Dövlət olaraq həmin uşaqlara təhsil hüququ, sığınacağa yerləşdirilməsi təklif edilsə də, onlar bundan imtina edirlər. Biz onları məcbur edə bilmərik. 
Sizə deyim ki, təkcə uşaqlar yox, ali təhsilli, bir çox dil bilən insanlar da küçə həyatını seçir. Bunun səbəbi bizə məlum deyil. Amma bu məqam yalnız bizdə deyil, başqa ölkələrdə də eynidir. Amma düşünürəm ki, bu və ya digər formada həmin uşaqların gələcəyini xilas etmək üçün görülən tədbirlər daha da artırılacaq",- deyə B.Muradova qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO