Bəturə Sahibi biabır etdi: “Sən kimsən mənə pul xərcləyəsən?” - VİDEO

Bəturə Sahibi biabır etdi: “Sən kimsən mənə pul xərcləyəsən?” - VİDEO

Hazırda oxunan: Bəturə Sahibi biabır etdi: “Sən kimsən mənə pul xərcləyəsən?” - VİDEO

146969

“Biz beş duet oxumuşuq. Bütün əməyim, əziyyətim yerə vurulub. Əvvəllər başa düşmürdüm niyə belə edir, dərdi nədir. Niyə duet ortağım arxamca iş çevirdi. Sən mənimlə məşhur oldun, efirlərə çıxa bilmirdin. Asif Kərimov səni ona görə mənimlə bir araya gətirdi. Hamımızın əməyini yerə vurdun”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Bəturə Hüseynova “YouTube” kanalında yaydığı videoaçıqlamasında deyib.  

Bir zamanlar dost olan, indi isə ona düşmən kəsilən duet ortağı Sahib İbrahimovu sərt şəkildə tənqid edib. Bəturə bildirib ki, onlar toylarda birgə iştirak etsələr də qarşı tərəf onun qonorarını ödəməyib: 
“Hər zaman hamı deyirdi ən uğurlu dueti Bəturə ilə olub. Məni az qalırdın qucağında daşıyasan, maşına qucağında otuzdurasan. Mənə bir təşəkkür belə etmədin, demədin ki, halallıq ver. Mənimlə oxuyasan deyə, 1 il gözlədin. Zaur Kamal məni çəkəndə həmişə yanımda olurdun. Gedib deyirdin ki, masadakıların pulunu ödəmişəm. Başımıza vururdun. Getdiyin yerlərdə utanmadan deyirdin ki, Bəturənin kliplərinin ödənişini mən qarşılayıram. Amma demirdin ki, Bəturə hesabına beş toyunun sayı ona qalxmışdı. Gəlib deyirdin ki, məni toylarda istəmirlər, sən güclə salırdın. Hətta toydan mənə qonorar da ödəmirdin. Toy sahibləri, bəlkə mənə qonorar ödəmisiniz, amma o, gətirib o pulu mənə verməyib. Mən dəfələrlə səndən ayrılmaq istəmişəm. Amma mənə musiqi prodüserimiz Asif Kərimova deyirdi ki, döz, hər şey düzələcək. Sən mənə haqsızlıqlar etmisən. Sən ancaq özünü düşünürsən. Mənə yaraşmazdı hansısa kanala pul verib, efirə çıxmaq. Amma sən bunu edirdin. Millət bunlardan xəbərdar deyil.

Deyirdin mahnılara pul xərcləmişəm. Studiya dostumuzun idi, ansambl isə özünün idi. Hara xərclədin pulu? Sən kimsən mənə pul xərcləyəsən? Sən biraz yavaşla. Bir də eşitməyim ki, kiminsə yanında deyəsən ki, mənə pul xərcləmisən. Mən çox şeyləri danışa bilərəm. İndi duetimiz yenidən “trend” olub (“Sənin xətrinə” dueti – red). Toya gedirsən, mənim yerimə gah Şəbnəm Tovuzlu, gah Gülyanaq Məmmədovanı aparmısan. Toyda yalandan Gülyanağa belə ağız tərpətdirmisən. O gün Şəbnəm video atıb ki, toyda sənin yanında durub mənim ifama ağız tərpədib”. 

Daha sonra Bəturə Sahibi hədələyərək, haqqını halal etmədiyini söyləyib:  

"Mən kirayədə oturdum, əziyyət çəkdim. Sən isə nə pullar qazandın mənimlə oxuduğun duet sayəsində. Bir də eşitsəm ki, həmin dueti başqa müğənni ilə oxumusan, birinci səni, sonra da həmin müğənnini biabır edəcəyəm. Sən kimsən ki, sənə görə mənə söz gəlsin. Həddini bil! Aramızda başqa söhbətlər var. Sən kimsən ki sənə görə mənə söz gəlsin. Nə görünüşün, nə savadın mənə yaraşır. Səni toyda, orada-burada bəzəyən mən idim. Sən bunları bəyənmədin? Mən səni çox yaxşı tanıyıram. Hamı yazır ki, yenidən bir araya gəlin. Mən səninlə bir daha bir araya gəlmərəm. Səndən xəbərsiz duet oxusaydım, bəlkə də sən mənim başıma nə oyunlar açardın. Sənə haqqım haram olsun”. 

Rəşad Əliyev, Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO