Bakıətrafı qəsəbə və kəndlərdə yol kənarında işıqlandırma sistemi problemi hələ də həll olunmayıb.
Bizim.Media-nın əməkdaşı gecə saatlarında Bakının Pirşağı, Goradil, Fatmayi, Novxanı, Zabrat kimi qəsəbələrində müşahidələr aparıb.
MÖVZU İLƏ BAĞLI:
Bakı gecələrinin qəza xronikası – SƏBƏB QARANLIQDIR!
Sözügedən qəsəbələrdə gecə saatlarında işıqlandırma sistemi demək olar ki, ya yoxdur, ya da ki, mövcud olan işıq dirəklərinə elektrik enerjisi verilməyib.
Yollarda işıq dirəklərin olmaması sürücülərin nəqliyyat vasitələrini düzgün şəkildə idarə etməsinə də mane olur. Beləki, sürücü ətrafda və yerdə olan yol nişanlarını görə bilmir.
Mövzunu diqqətdə saxlayıb sözügedən problemin həll olunmasına çalışacağıq. Çünki, yollarda işıq dirəklərinin olmaması yol hərəkəti iştirakçılarının həyatlarına tez-tez son qoyur.
Gülşanə Mustafayeva, Bizim.Media