“Linkoln”un baş məşqçisi: “Bakıya gəzmək üçün gəlməmişik”

“Linkoln”un baş məşqçisi: “Bakıya gəzmək üçün gəlməmişik”

Hazırda oxunan: “Linkoln”un baş məşqçisi: “Bakıya gəzmək üçün gəlməmişik”

146891

“Linkoln”un baş məşqçisi Xavi Munyos Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab qarşılaşmasından öncə baş tutan mətbuat konfransında iştirak edib.

Bizim.Media xəbər verir ki, o, görüşə məğlub başlayacaqlarını söyləyib:

“Bizi çox çətin oyun gözləyir. Görüşə məğlub başlayacağıq. Komandaya inanırıq. Uğurlu nəticə əldə etməyə çalışacağıq.

Doğrudur, uzun səfər oldu. Lakin sizin dediyiniz qədər çox çəkmədi. Klub bizim rahatlığımız üçün şərait yaratmışdı. Bu amilin sabahkı oyuna təsir edəcəyini düşünmürəm. İlk oyunda qurduğumuz plan özünü doğrultdu. Qələbə qazana bilərdik, sadəcə, bəxtsizlik yaşandı. Bakıya gəzmək üçün gəlməmişik. Planımızı burada açıqlamayacağam. Rəqibi təəccübləndirməyə çalışacağıq”.  
Xatırladaq ki, Cəbəllütariq təmsilçisi ilk görüşdə “Qarabağ”a 1:2 hesabı ilə uduzmuşdu. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO