“Qarabağ ermənilərini narkomanlar və qatillər idarə edir” - Roman Bağdasaryan 

“Qarabağ ermənilərini narkomanlar və qatillər idarə edir” - Roman Bağdasaryan 

Hazırda oxunan: “Qarabağ ermənilərini narkomanlar və qatillər idarə edir” - Roman Bağdasaryan 

146858

Erməni bloger Roman Bağdasaryan Facebook səhifəsində Xankəndidəki separatçıların rəhbərlərinin qanunsuzluğundan danışan yazı dərc edib.

Bizim.Media xəbər verir ki, Bağdasaryan öz şərhində Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında hökm sürən qanunsuzluq və banditizmdən danışıb.

“2023-cü ildə hətta Qarabağ “polisləri” də quldurlardan qorunmur, Qarabağ hakimiyyəti hər an onları öldürə bilər.

Sergey Abqaryan iki polisi güllələyib və nəticə sıfır olub. Bu yaxınlarda Samvel Oqanovski dörd oğlanı öldürmək istəyib və cəzalandırılmayıb. İndi Balasanyan polisləri öldürməklə hədələyib. Qarabağda həyat yoxdur, rüsvayçılıq var. Hakimiyyətdə ancaq narkoman və qatillər var.

Belə ki, axtarış zamanı Balasanyanın evində diaspor tərəfindən yığılan pulla alınan külli miqdarda siqaret, mühərrik və termometrlər aşkar edilib.

Artıq yazmışdım ki, Qarabağın quldurları ilə birlikdə Rusiyadan gələn ermənilər, arxiyepiskop Ezras, Rusiya Erməniləri İttifaqı, erməni icmaları və kriminal avtoritetlər də pul oğurlayıblar. Niyə Rusiya erməniləri onlardan soruşmurlar ki, pullar hara gedib?

Bu o deməkdir ki, Vitali Balasanyan toplanan yardımları mənimsəmək üçün oğurluqda erməni ruhaniləri, Ara Abramyan və Rusiyanın kriminal avtoritetləri ilə sıx əməkdaşlıq edib.

Bu cür biabırçı hekayələr sübut edir ki, 2018-ci ildən sonra yeni hakimiyyət, əslində, Qarabağ klanının cinayətkar ünsürlərini aradan qaldırmaq üçün ordu və dövlət sıralarında heç bir təmizləmə işləri aparmayıb.

Əslində biz müharibə zamanı 18 yaşlı erməni əsgərlərini nəzarətsiz qoymuşuq, bir tərəfdən azərbaycanlılar, digər tərəfdən Köçəryanın və Vitali Balasanyanın yanında işləyən zabitlər tərəfindən öldürülüb.
Deməli, Suqovuşanda 200-dən çox əsgər belə öldürülüb. Qarabağdan olan zabitlər əsgərləri ərazidən çıxartmayıb, sonra isə topla onları vurmaq əmri verib.

Eynilə, Mikael Arzumanyan Şuşadakı əsgərlərini atəşə tutmaq əmrini verib. Eynilə, Artur Aqabekyanın mafiyası və tərəfdarları Hadrut bölgəsini tərk edərək qaçıblar.

Öldürülən 4000 əsgərdən 1600-ü Ermənistanda hökuməti devirmək üçün Qarabağın silahlı birləşmələri tərəfindən qəsdən öldürülüb.

Bu gün bütün qatillər, satqınlar İrəvanda, Xankəndidə dolaşır. İndiyə qədər Qarabağ mafiyasından bir iynə də götürülməyib, media sahəsində yalnız vədlər, yalanlar var.

Şübhə yoxdur ki, hakimiyyət Qarabağ quldurlarından qorxur və heç birimizi qoruya bilməz.

Hökumət erməni vergi ödəyicilərinin pullarını onlara köçürür, Arayik Arutyunyanın qatilləri, təcavüzkarları güc strukturlarına necə təyin etməsinə biganə qalır.

Neçə ildir Qarabağ lideri hamını aldadaraq dostları ilə pul oğurlayır və hamı buna göz yumur.

Bu gün, 2023-cü ildə bir nəfər inək oğurluğuna görə həbsxanaya düşür, erməni əsgərlərini öldürənlər isə Ermənistandan pul alıb, özlərini Qarabağda hansısa məmur kimi qələmə verirlər”, – deyə Bağdasaryan yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO