Leysan və dolunun şimal-qərb bölgəsində törətdiyi FƏSADLAR – FOTO 

Leysan və dolunun şimal-qərb bölgəsində törətdiyi FƏSADLAR – FOTO 

Hazırda oxunan: Leysan və dolunun şimal-qərb bölgəsində törətdiyi FƏSADLAR – FOTO 

146856

Balakəndə təbii fəlakət nəticələri aradan qaldırılır.  

Axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti höküm sürüb. Güclü külək, leysan və dolu Balakəndə bir sıra fəsadlar törədib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək, leysan və dolu daha çox Balakən rayonun Kortala və Meşəşanbul kəndlərində özünü göstərib. 

Qasırğa və güclü külək nəticəsində rayonun Kortala kəndində fərdi yaşayış evlərinin, yardımçı tikililərinin dam örtüyünü külək aparıb. 

Kortala kənd məktəbinin direktoru Abdulməcid Məmmədovun sözlərinə görə, güclü qasırğa kəndin müəyyən hissəsində olduğu kimi məktəbin də dam örtüyünü sıradan çıxıb. 

“Bütün sinif otaqları yağış içərisindədir. Həyətdə də gördüyünüz qaydada 15-20 yaşlı ağaclar külək kökündən çıxıb” - deyən direktor tətil olmasına baxmayaraq, təsərrüfat işçilərinin məktəbdə təmizliyə cəlb olunduğunu bildirib. 

Kənd əhalisinin şəxsi təsərrüfatlarına, bostan və əkin sahələrinə ciddi ziyan dəyib. Güclü külək nəticəsində Kortala və Meşəşanbul kəndlərinin elektrik və rabitə sistemi sıradan çıxıb. 

Kortala kənd sakini Rahilə Cerçiyeva da vəziyyətdən gileylənir: 

“Artıq neçənci dəfədir, evim, eşiyim suyun, selin içindədir. Gəlib çəkiblər bir nəticəsi də yoxdur. Hər şeyim suya qərq olub, pastellər, ev-eşik suyun içində”.   

Balakən rayon Fövqaladə Hallar Komisiyasının üzvləri və müvafiq qrum nümayəndələri əraziyə ezam olunub, ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Balakən rayon Fövqəladə Hallar Komissiyasının sədri Turan Dibirov gecə saatlarından kəndlərə ezam olunduqlarını  və müşahidə apardıqlarını bildirir. 

Komissiya sədri təbii fəlakətin miqyasının böyük olduğunu deyir: 

“Bəzi ev təsərrüfatlarına ciddi ziyan dəyib, eyni zamanda kənd təsərrüfatına fındıq, tütün, qarğıdalı sahələrinə ciddi ziyanlar dəyib. Həmçinin rabitə və elektrik təsərrüfatlarına ciddi zərər dəyib. Dəymiş zərər hazırda tərəfimizdən qaldırılır. Bütün aidiyyatı orqanlar əraziyə dəvət olunub, qabaqlayıcı tədbirlər görülür”. 

Komissiya sədri elektrik enerjisi və rabitə sisteminin bir qisminin bərpa olunduğunu, digər məsələlərin isə gecə saatlatrına kimi istifadəyə verilməsi üçün səy göstərəcəklərini bildirib.

Qeyd edək ki, güclü külək qonşu Zaqatala rayonunun Uzuntala kəndində də bir sıra fəsadlar törədib. Bir fərdi yaşayış evinin və ondan yuxarı yardımçı tikilinin dam örtüyünü qismən külək aparıb, kəndin bəzi ərazilərində ağaclar yıxılıb, şəxsi təsarrüfatlara ziyan dəyib.
Bununla yanaşı Zaqatalanın Muxax, Yuxarı Çardaqlar, Çobankol, Qımır, Bazar və Göyəm kəndlərini elektrik enerjisi ilə təmin edən xətlərdə qəzalar baş verib. Problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.  
















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO