Milli Məclis ikipalatalı OLACAQ? – Deputatlardan AÇIQLAMA

Milli Məclis ikipalatalı OLACAQ? – Deputatlardan AÇIQLAMA

Hazırda oxunan: Milli Məclis ikipalatalı OLACAQ? – Deputatlardan AÇIQLAMA

146846

Milli Məclisin deputatı Erkin Qədirli 2023-cü ilin payızında Azərbaycanda referendum keçiriləcəyini iddia edir. Onun sözlərinə görə, cari ilin qalan ayların üzrə seçki xərclərinin 50 faiz artırılması referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsaslar verir.

Deputat referendumun konstitusion islahatlarla bağlı olacağını bildirib.

İddia edib ki, referendumla icra hakimiyyəti başçıları təsisatı ləğv ediləcək, proporsional seçki sistemi bərpa olunacaq və ikipalatalı parlament yaradılacaq. 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə proporsional seçkinin bərpasına zərurətin yaranıb-yaranmadığı barədə konkret nəsə deməkdə çətinlik çəkdiyini dedi: 

“Bu barədə hələlik heç bir qərar yoxdur. Proporsional seçkinin bərpası barədə bir söz demək istəmirəm. Hər bir variant meyarı istifadə oluna bilər. Hər bir ölkənin öz meyarları var ki, ona uyğun olaraq da demokratik seçkilər həyata keçirilir”. 

Deputat Razi Nurullayevin fikrincə, proporsional seçki sistemi hələlik cəmiyyəti ciddi maraqlandıran və narahat edən mövzu deyil:

“Bu məsələ ilə bağlı birmənalı fikir bildirmək çətindir. Məsələ müzakirə olunacaqsa, yəqin ki, cəmiyyətin müzakirəsinə veriləcək. Hər bir sistemin təbii ki, üstünlükləri və çatışmayan cəhətləri də var. Majoritar sistemin də öz üstünlükləri mövcuddur. Amma siyasi partiyaların önəminin artması üçün proporsional seçki sistemi daha vacibdir. Məsələ gündəmə gələrsə, o zaman onu ciddi şəkildə müzakirə etmək olar”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO