Güclü külək və dolu Balakəndə fəsadlar TÖRƏTDİ  

Güclü külək və dolu Balakəndə fəsadlar TÖRƏTDİ  

Hazırda oxunan: Güclü külək və dolu Balakəndə fəsadlar TÖRƏTDİ  

146758

Bu gecə Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti höküm sürüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonlarda güclü küləklə müşahidə olunan leysan yağışı və dolu olub. 

Güclü külək, leysan və dolu daha çox Balakən rayonun Kortala və Meşəşanbul kəndlərində özünü göstərib. Qasırğa və güclü külək nəticəsində rayonun Kortala kəndində fərdi yaşayış evlərinin, yardımçı tikililərinin dam örtüyünü külək aparıb.

Kənd əhalisinin şəxsi təsərrüfatlarına, bostan və əkin sahələrinə ciddi ziyan dəyib. Güclü külək nəticəsində Kortala və Meşəşanbul kəndlərinin elektrik və rabitə sisteminə ciddi ziyan dəyib.

Hazırda sözügedən kəndlərdə elektrik enerjisinin verilməsində ötən gün axşam saatlarından fasilə yaranıb. Hazırda Balakən rayon Fövqaladə Hallar Komisiyasının üzvləri və müvafiq qurum nümayəndələri əraziyə ezam olunub, ziyanın aradan qaldırılması sahəsində işlər aparırlar.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO