Bakıda avtomobili qaçıran şəxs saxlanıldı

Bakıda avtomobili qaçıran şəxs saxlanıldı

Hazırda oxunan: Bakıda avtomobili qaçıran şəxs saxlanıldı

14660

Martın 10-da Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə R.Rəhimova məxsus "VAZ-21011" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dəmirov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Balaxanı qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin martın 8-də “VAZ” markalı avtomobil qaçırması da müəyyənləşdirilib. Həmin avtomobil Binə qəsəbəsinin ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO