“Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinin Azərbaycana tam inteqrasiyası üçün plan hazırlayıb. Bu əslində yol xəritəsidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni mətbuatına açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan səsləndirib.
Onun sözlərinə görə, bu proqram (yol xəritəsi) inteqrasiya amilinin dörd mərhələsini nəzərdə tutur: sənədlərin, o cümlədən ilk növbədə pasportların Azərbaycan pasportları ilə əvəz edilməsi, Azərbaycan manatının bölgədə dövriyyəyə buraxılması, qeyri-qanuni silahlı birləşmələrin tam tərksilah edilməsi və ya ləğvi, hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi.
Şahnazaryan başqa təfərrüatları açıqlamayıb. O, həmçinin bildirib ki, bu yol xəritəsinin həyata keçirilməsi üçün 12 ay (hər mərhələ üçün 3 ay) nəzərdə tutulub.
“Məndə olan məlumata görə, rəsmi Bakı bu proqramı Ermənistan hakimiyyətinə təhvil verib. Rəsmi İrəvan da bu sənədi Qarabağdakı ermənilərə verəcək”, - deyə Şahnazaryan bildirib.
Bizim.Media