Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşündə bir daha Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edilib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
MÖVZU İLƏ BAĞLI:
Şarl Mişeldən Brüssel görüşü ilə bağlı BƏYANAT – VİDEO
O qeyd edib ki, görüşdə hər iki ölkənin –Ermənistanın 29,8 min kvadrat kilometr və Azərbaycanın 86,6 min kvadrat kilometr olmaqla ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə edilib.
Mişel əlavə edib ki, hər iki lider sərhədlərin delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı bağlılıqlarını bir daha təsdiqləyib.