Neft-qaz sektorundan büdcəyə daxilolmalarda AZALMA 

Neft-qaz sektorundan büdcəyə daxilolmalarda AZALMA 

Hazırda oxunan: Neft-qaz sektorundan büdcəyə daxilolmalarda AZALMA 

146422

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6 648,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 19,7 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,5% azdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi 2023-cü ilin altı ayı üzrə icmal və dövlət büdcələrinin icrasına dair məlumatında qeyd olunub.  

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 43 % təşkil edib. Azalma Dövlət Neft Fondundan (ARDNF) nəzərdə tutulandan 2 979 milyon manat az vəsaitin daxil olması ilə əlaqədardır. 
Sektor üzrə daxilolmaların 60 %-i və yaxud 3 987,7 milyon manatı vergi daxilolmaları, 40 %-i və yaxud 2 661 milyon manatı ARDNF-dən transfert olub. 

Vergi daxilolmalarının 66 %-i və 2 630,4 milyon manatı "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 %-i və yaxud 992,5 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,1 %-i və yaxud 364,8 milyon manatı isə "Azəri-Çıraq-Günəşli" neft yatağı üzrə mənfəət vergisinin payına düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO