Böyük Britaniya kraliçası alimlərə Qaqarinlə görüşü barədə danışdı: “Cazibədar idi” - FOTO

Böyük Britaniya kraliçası alimlərə Qaqarinlə görüşü barədə danışdı: “Cazibədar idi” - FOTO

Hazırda oxunan: Böyük Britaniya kraliçası alimlərə Qaqarinlə görüşü barədə danışdı: “Cazibədar idi” - FOTO

14642

Britaniya Kraliçası II Yelizaveta sovet kosmonavtı Yuri Qaqarinlə bağlı xatirələrini elm adamları ilə bölüşüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Daily Mail” nəşri yayıb.

Mənbə yazır ki, Kraliça Britaniya Elm Həftəsi çərçivəsində alimlər, müəllimlər və məktəblilərlə distant elmi tədbirdə iştirak edib.

Tədbir iştirakçısı doktor Maggie Aderin Pokok kosmos üzrə alim  olmaq səbəblərindən biri kimi 9 mart tarixində sovet kosmonavtı Qaqarinlə ad gününü qeyd etdiyini misal çəkib.

Daily Mail xatırladır ki, Qaqarin 1961-ci ildə dörd gün Britaniya turuna çıxıb və bu müddət ərzində Bukingem Sarayında Kraliça ilə görüşüb.

“Xanım, onunla tanış olduğunuzu bilirəm. Bu barədə bizə məlumat verə bilərsinizmi?” deyə doktor Aderin Pokok kraliçadan soruşub.

"Bəli. Həqiqətən, tanış olmuşdum. Onunla görüşmək çox maraqlı idi”. Kraliça belə deyib.

"O necə idi?" alim sual verib. "Rus idi”. Yelizavetenın bu cavabı tədbir iştirakçılarının gülüşünə səbəb olub.

“İngilis dilində danışmırdı. O, çox cazibədar idi”. Klariça bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO