Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb.
Bizim.Media Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, iyulun 11-dən 15-dək davam edən imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib.
İmtahanlara riyaziyyat, fiziki tərbiyə, kimya, tarix, coğrafiya, informatika, fizika, fransız dili, ibtidai sinif müəllimliyi, musiqi, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (rus bölməsi), ingilis dili, təsviri incəsənət, texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə ümumilikdə 57 min 667 namizəd dəvət olunub.
Onlardan 47 min 586 namizəd test imtahanlarında iştirak edib.
İmtahanda namizədlərə 150 dəqiqə vaxt ayrılıb.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
Xatırladaq ki, son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfər işə qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:23 / 15.07.2023
MİQ imtahanında iştirak edən namizədlərin SAYI AÇIQLANDI
Hazırda oxunan: MİQ imtahanında iştirak edən namizədlərin SAYI AÇIQLANDI
Hazırda oxunan: MİQ imtahanında iştirak edən namizədlərin SAYI AÇIQLANDI
146389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.