Salyanda ağır QƏZA: 4 nəfər xəsarət ALDI

Salyanda ağır QƏZA: 4 nəfər xəsarət ALDI

Hazırda oxunan: Salyanda ağır QƏZA: 4 nəfər xəsarət ALDI

146262

Salyanda baş verən qəzada 4 nəfər xəsarət alıb.

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, hadisə Salyan şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “Toyoto” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun Qızılağac kənd sakinləri, 1982-ci il təvəllüdlü Nağıyeva Zöhrə Balahəsən qızı, 1989-cu il təvəllüdlü Məmmədov Musa Vaqif oğlu, 1986-cı il təvəllüdlü Nağıyev Rabil Əbülfəz oğlu və 1961-ci il təvəllüdlü Məmmədova Sona Allahverdi qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO