Ermənistanın eks-prezidenti Robert Koçaryanın və onun ailə üzvlərinin qeyri-qanuni mənşəyə malik olduğuna görə əmlakı, avtomobilləri, pul əmanətləri müsadirə oluna bilər.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun bəyanatında bildirilib.
Bildirilib ki, eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyulub.
Söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, həmçinin, erməni və xarici şirkətlərdəki səhmlərdən gedir.
Xatırladaq ki, Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub.
Bizim.Media
- A-
- A
- A+
Region
17:42 / 14.07.2023
Koçaryan və ailə üzvlərinin əmlakı müsadirə oluna BİLƏR
Hazırda oxunan: Koçaryan və ailə üzvlərinin əmlakı müsadirə oluna BİLƏR
Hazırda oxunan: Koçaryan və ailə üzvlərinin əmlakı müsadirə oluna BİLƏR
146260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.