Elzanın bacısı boşanmasından DANIŞDI:

Elzanın bacısı boşanmasından DANIŞDI: "Sözünü də qolunun gücü ilə deyirdi” - VİDEO

Hazırda oxunan: Elzanın bacısı boşanmasından DANIŞDI: "Sözünü də qolunun gücü ilə deyirdi” - VİDEO

146159

“Anam məni və bacım Elzanı məcbur ərə verib. Elə yaxşı ki, məcbur verib. Səkkiz ildir ki, həyat yoldaşımdan boşanmışam. Bizim vaxtımızda sevmək anlayışı yox idi. Biz bərabər 6-7 il olduq, amma heç 60 gün bir yerdə yaşamamışıq. 25 yaşımda o isə 26 yaşında idi. Biz o yaşımızda ailə qurduq. İndi mən bu yaşa çatmışam deyirəm ki, biz elə səhv etməli idik. Ona bir insan kimi hörmət edirəm. Barışmağımız haqda heç nə deyə bilmərəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın ondan illərlə danışmayıb, küsən bacısı Lalə Seyidcahan qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib. 

Lalə keçmiş həyat yoldaşı boksçu Nüşirəvan Abdullayevlə boşanma səbəblərindən söz açıb. Seyidcahan bildirib ki, evlilik dönəmində Abdullayev ona dəfələrlə əl qaldırıb: 

“Biz bərabər olduğumuz dönəmdə ayrılıb-barışmaqlarımız çox oldu. Sonda isə ayrıldıq. Həyat yoldaşım boksçu idi. Sözünü də ancaq boksla deyirdi. İstəmərəm ki, onun qolu zəifləsin, istəyərəm ki, hər zaman qolu güclü qalsın. Çünki yaddaşımda o elə qalıb. Onun yenidən ailə qurub-qurmayacağı haqda məlumatım yoxdur. Elə bir insan ailə qurmamalıdır. O, cəmiyyət üçün lazımlı insan və gözəl dostdur. O, idman sahəsində çox böyük naliyyətləri var. Azərbaycan çempionu olub.

Adı Nüşirəvan, soyadı isə Abdullayevdir, elə belə insan deyil. Mən elə belə oğlana ərə getməzdim. Keçmiş həyat yoldaşım Nüşirəvanı sevsəm də, amma barışmaram. O, uşaqlarımın atasıdır. 
Aramızda soyuqluq oldu və bir müddət uşaqlarımla yaşamadım, o çətinliklərdən də keçdim. Küsüb anamın evinə gəldim, çünki o, artıq dözülməz idi. Uşaqlar isə həmin vaxt 11-ci sinifdə oxuyurdular. Məktəbi dəyişə bilməzdim. O çətinliklərdən də keçdim. Nüşirəvanı ona görə çox istəyirəm ki, etibarlıdır. Onda əmanətə xəyanət yoxdur. O, çox zaman Rusiyada olurdu. Zəng vurub Nüşirəvanı istəyirdilər. Deyirdim ki, burada yoxdur. Demək ki, o, dünənd ə burada idi amma evə gəlib çıxmırdı.

Mənim hər şeyim var milyonçu, trilliyonçuyam. Mənə Allah elə vergi və xasiyyət verib ki...

Nüşirəvan hər kəsə diqqətli olsa da mənə qarşı belə olmadı, hörmətini və diqqətini ayırmadı. Onu bir daha bağışlamayacağam. Hər zaman məhkəməyə mən müraciət edirdim ki, canımı qutarım. Anamdan və bacılarımdan utanırdım. Biz, küsüb-barışırdıq. O, məndən əvvəl məhkəməyə gəlib boşanma sənədlərini cırırdı. Ümidim var ki, nəvələrim Nüşirəvana oxşayacaq”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO