Niyam: “25 manatınızı mənə xərcləmək istəmirsiniz?” - FOTO

Niyam: “25 manatınızı mənə xərcləmək istəmirsiniz?” - FOTO

Hazırda oxunan: Niyam: “25 manatınızı mənə xərcləmək istəmirsiniz?” - FOTO

146147

Xəbər verdiyimiz kimi, müğənni Niyam Salaminin rəhbərlik etdiyi Novxanıda yerləşən istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Bizim.Media xəbər verir ki, sənətçi restoranında ümumi hesabın 25 faizinin xidmət haqqı kimi tutulması ilə bağlı yazılan mənfi rəylərə sosial şəbəkə hesabında münasibət bildirib.  

“Buraya gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansambl ilə canlı ifalar təqdim edəcəyəm.

Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?”, - deyə Niyam vurğulayıb. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO