"Bakını Dubay kimi varlılar şəhəri edin" - Nura Suri

Hazırda oxunan: "Bakını Dubay kimi varlılar şəhəri edin" - Nura Suri

146131

Müğənni Nura Suri bulvarda qadağan olunmasına baxmayaraq, insanların skuterlərdən, velosipedlərdən istifadə etməsindən şikayətlənib.

Bizim.Media xəbər verir ki, bu barədə müğənni “İnstagram” sosial şəbəkəsində qeyd edib. 

Bulvardan videolar payalasan Nura Suri bildirib:

“Dənizkənarı bulvarda rahat gəzmək mümkün deyil. Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq.

İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlayıb, insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulu olmayan avtomobili heç yerdə saxlaya bilməz heç kəs - öz həyətində də (anında “parkovşik” adıyla gəlib 2 manatınızı alırlar)”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO