“Pərişahın mahnısı” ilə sosial şəbəkənin ulduzuna çevrilən Nuray AzTV-də - VİDEO 

“Pərişahın mahnısı” ilə sosial şəbəkənin ulduzuna çevrilən Nuray AzTV-də - VİDEO 

Hazırda oxunan: “Pərişahın mahnısı” ilə sosial şəbəkənin ulduzuna çevrilən Nuray AzTV-də - VİDEO 

146055

Son günlər sosial şəbəkələrdə dahi bəstəkar Fikrət Əmirovun “Böyük dayaq” filmində “Pərişahın mahnısı” kimi tanınan nəğməni ifa edərək məşhurlaşan Nuray Şahsuvarlı AzTV-nin canlı efirinə çıxıb. 

Bizim.Media xəbər verir ki, qızcığaz “Gün başladı” verilişində canlı ifası ilə qonaqları təəccübləndirib. 

10 yaşlı Nuray bildirib ki, o Sumqayıtda Bülbül adına 2 nömrəli Musiqili Məktəb Liseyində təhsil alır: 

“Orta məktəbdə altıncı sinifə keçmişəm. Musiqi məktəbdə isə beşinci sinifə keçmişəm”. 

N.Şahsuvarlı, həmçinin əlavə edib ki, sosial şəbəkələrdə trendə çevrilən ifasını rəsm çəkən zaman edib. Qızcığaz daha sonra yenidən “Pərişahın mahnısı” və “Azərbaycan maralı” mahnılarını canlı səsləndirib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO