Sərxoş vəziyyətdə avtomobil idarə etdi, həyatını İTİRDİ 

Sərxoş vəziyyətdə avtomobil idarə etdi, həyatını İTİRDİ 

Hazırda oxunan: Sərxoş vəziyyətdə avtomobil idarə etdi, həyatını İTİRDİ 

145964

İyulun 12-də saat 22:30-da Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Kamal Rzayev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, sürücünün iştirakı ilə avtomobil duracağa yerləşdirilib.

Bu zaman sürücü özünü yaxşı hiss etmədiyi üçün Təcili Tibbi Yardım çağırılıb və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət müşahidə edilməyib.
Araşdırmalar davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO