Rusiya səfiri İran XİN-ə ÇAĞIRILDI  

Rusiya səfiri İran XİN-ə ÇAĞIRILDI  

Hazırda oxunan: Rusiya səfiri İran XİN-ə ÇAĞIRILDI  

145850

Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb. 

Qeyd olunub ki, buna səbəb Rusiya və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məzmun olub. 
Məlumata görə, Rusiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri arasında Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları haqqında verilən bəyanat İranı qane etməyib. Bu adaları İran öz ərazisi, Birləşmiş Ərəb Əmirlikləri isə özününkü sayır. Nazirlik Rusiyanı bu məsələdə mövqeyini dəqiqləşdirməyə çağırıb. 

Diplomata İranın sözügedən bəyanatla bağlı etirazı çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO