Avarçəkmə üzrə Bakı Çempionatı KEÇİRİLƏCƏK 

Avarçəkmə üzrə Bakı Çempionatı KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Avarçəkmə üzrə Bakı Çempionatı KEÇİRİLƏCƏK 

145849

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 14 iyul tarixində avarçəkmə üzrə Bakı çempionatı təşkil olunacaq.  

Bizim.Media xəbər verir ki, Bulvar ərazisində, “Milan Expo”nun qarşısında keçiriləcək çempionatda paytaxtla yanaşı Mingəçevirdən olan 70-ə yaxın yeniyetmə və gənc avarçəkən yarışacaq.  

İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaq. Yarışlar saat 17:00-dan etibarən başlayacaq. Bakı çempionatı bir gün davam edəcək.  

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO