Avropa İttifaqında əhalinin sayı 450 milyon nəfərə yaxınlaşdı

Avropa İttifaqında əhalinin sayı 450 milyon nəfərə yaxınlaşdı

Hazırda oxunan: Avropa İttifaqında əhalinin sayı 450 milyon nəfərə yaxınlaşdı

145781

Koronavirus pandemiyası dövründə geriləmədən sonra Avropa İttifaqında (Aİ) ötən il əhalinin sayı artıb.

Bizim.Media xəbər verir ki, 2022-ci il yanvarın 1-də Aİ əhalisinin sayı 446,7 milyon nəfər olduğu halda, bu ilin müvafiq dövründə əhalinin sayı 448,4 milyon nəfərə yüksəlib.

Ötən illərdə ölüm statistikasında artım əhalinin say artımında cüzi geriləməyə səbəb olsa da, miqrasiya sayəsində göstəricilərdə artım baş verib. Bir tərəfdən pandemiyadan sonra miqrasiya axınının yenidən dirçəlməsi, digər tərəfdən isə Ukraynadakı müharibənin səbəb olduğu qaçqın axını Aİ əhalisinin sayına öz təsirini göstərib.

Avropa Statistika İdarəsinin 1960-cı ildən bəri apardığı hesablamalara əsasən, həmin ildən əhalinin sayı 93,9 milyon nəfərdən hazırda 448,4 milyon nəfərə çatıb. 84,4 milyon nəfər əhalisi olan Almaniya Aİ-nin ən çox sakini olan ölkəsidir. Ən az əhali isə Aralıq dənizində yerləşən Maltada (500 min nəfər) yaşayır. Avropa əhalisinin təxminən yarısı (47 faiz) cəmi üç ölkənin (Almaniya, Fransa və İtaliya) payına düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO