"Ukraynasız həll formulları müzakirə olunur" - Zelenksidən NATO-ya sərt MÜRACİƏT

Hazırda oxunan: "Ukraynasız həll formulları müzakirə olunur" - Zelenksidən NATO-ya sərt MÜRACİƏT

145685

"Kiyevə belə bir siqnal çatıb ki, müttəfiqlər kuluarlarda sammitdə Ukrayna olmadan həll formullarını müzakirə edirlər". 

Bizim.Media xəbər verir ki, bu barədə V.Zelenski öz teleqram kanalında məlumat yayıb. 

“Biz müttəfiqlərimizi qiymətləndiririk. Biz ümumi təhlükəsizliyimizi qiymətləndiririk və həmişə açıq söhbətə dəyər veririk. Ukrayna Vilnüsdəki NATO sammitində təmsil olunacaq. Çünki bu, hörmət əlamətidir.
Lakin Ukrayna da hörmətə layiqdir. İndi, Vilnüsə yola düşərkən, belə bir siqnal almışıq ki, Ukraynasız həll formulları müzakirə olunur”, - deyə V.Zelenski qeyd edib. 

Prezident Zelenski vurğulayıb ki, bu formul dəvət əsasındadır və Ukraynanın üzvlüyü ilə əlaqəli deyil. O diqqətə çatdırıb:

“Həm dəvət, həm də Ukraynanın üzvlüyü ilə bağlı heç bir vaxt çərçivəsinin olmaması görünməmiş hal və absurddur. Bunun əvəzində, hətta Ukraynanın dəvət olunması “şərtləri” haqqında hansısa qəribə formullar əlavə olunur...” 

Ukrayna dövlətinin başçısının sözlərinə görə, görünən odur ki, müttəfiqlər nə Ukraynanı NATO-ya dəvət etməyə, nə də onu Alyansın üzvlüyünə qəbul etməyə hazır deyillər. 

Zelenski sonda qeyd edib: “Demək, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ətrafında manipulyasiya etmək imkanı qalır...Qeyri-müəyyənlik zəiflik əlamətidir. Mən sammitdə bunu açıq şəkildə müzakirə edəcəyəm”. 

Xatırladaq ki, bu gün Vilnüsdə NATO-nun ikigünlük sammiti öz işinə başlayıb. Alyansın Baş katibi Yens Stoltenberq vəd edib ki, Ukrayna görüşün yekunlarına dair müttəfiqlərdən “güclü mesaj” alacaq. Lakin bunun ardından NATO-ya üzv ölkələrin bəzi nümayəndələrinin pessimist bəyanatları səslənməyə başlayıb.
Xüsusən, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün bildirib ki, guya NATO-nun Vilnüs sammitinin təklif olunan yekun Bəyanatında Ukraynanın Alyansa üzv qəbul edilməsi barədə konkret qrafik yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO