“Ermənistanın ictimai televiziyası “Artsax”ı Dağlıq Qarabağla əvəzləyib. Artıq Ermənistanın ictimai televiziyası Dağlıq Qarabağ adından istifadə edir ki, bu da əsl çaşqınlığa səbəb olur. Çünki son vaxtlara qədər həmişə “Artsax” adından istifadə olunurdu”.
Bizim.Media xəbər verir ki, bu sözləri Qarabağdakı qondarma qurumun “ombudsman”ı Qeqam Stepanyan Facebook səhifəsində yazıb.
O əlavə edib ki, “Svoboda” və “Sputnik Ermənistan”ın media orqanları”Artsax” adından istifadə edir:
“Çox vaxt beynəlxalq media nümayəndələri paralel olaraq hər iki addan istifadə edirlər. Çünki beynəlxalq hüquq hazırki hakimiyyətdən fərqli olaraq toponimləri və coğrafi adları dövlətlərin mülkiyyəti hesab etmir. Yəqin ki, yaxın vaxtlarda kanal Dağlıq Qarabağ sözündən də imtina edəcək. Çünki Azərbaycanda belə ərazi vahidi yoxdur”.
Bəs, ermənilərin bu oyunbazlığı nəyə hesablanıb?
Suala politoloq Tural İsmayılov aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, İctimai Televiziya Ermənistanın siyasi rəhbərliyi tərəfindən idarə olunduğu üçün yəqin ki, rəsmi İrəvandan müvafiq göstəriş alıb:
“Məqsədsə odur ki, Ermənistan ictimai fikrində və rəyində Azərbaycan qarşı hansısa ərazi iddiasının olmaması barədə bir fon yaradılsın.
Faktsa ondan ibarətdir ki, Ermənistanın rəsmi və qeyri-rəsmi qurumları, eləcə də KİV-ləri Azərbaycan torpaqlarına qarşı qondarma iddialarını davam etdirir. Və təbii ki, bütün bunlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə kölgə salır.
Bu təhdidlər davam etdikcə davamlı sülhdən danışmaq mənasızdır. Ona görə də İTV-nin “Artsax” adından istifadədən imtina etməsi pozitiv addım kimi görünsə də bu uzunmüddət üçün nəzərdə tutulmuş bir proses deyil. Bu daha çox Beynəlxlaq ictimai fikri aldatmağa yönəlik bir addımdır. Üstəlik, bu erməni riyakarlığının və ikiüzlülüyünün növbəti göstəricisidir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
10:00 / 12.07.2023
Ermənistan mətbuatının Qarabağ iddiasından İMTİNASI – Oyunbazlıq, yoxsa QORXU?
Hazırda oxunan: Ermənistan mətbuatının Qarabağ iddiasından İMTİNASI – Oyunbazlıq, yoxsa QORXU?
Hazırda oxunan: Ermənistan mətbuatının Qarabağ iddiasından İMTİNASI – Oyunbazlıq, yoxsa QORXU?
145677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.