Priqojin qiyamdan sonra ilk dəfə Putinlə GÖRÜŞDÜ - Kremldə SAXLANILIR 

Priqojin qiyamdan sonra ilk dəfə Putinlə GÖRÜŞDÜ - Kremldə SAXLANILIR 

Hazırda oxunan: Priqojin qiyamdan sonra ilk dəfə Putinlə GÖRÜŞDÜ - Kremldə SAXLANILIR 

145460

“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin qiyamdan sonra ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Liberation” qəzeti qərb kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb. 

Nəşrin məlumatına görə, Priqojin Kremlə iyulun 1-i çağırılıb. Onun Vladimir Putinlə, Rusiya Qvardiyasının direktoru Viktor Zolotov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ilə görüşdüyü bildirilib. 

Mənbə iddia edib ki, Priqojin əslində Rusiya paytaxtındadır: 

“Qərb kəşfiyyat mənbələrinin məlumatına görə, Priqojin əslində Rusiya paytaxtındadır. İyulun 1-dən bəri Priqojin Kremldə saxlanılır və oraya yüksək komandirləri ilə birlikdə çağırılıb” – məlumatda qeyd olunub. 
Qeyd edək ki, iyunun 24-də ''Vaqner'' özəl hərbi təşkilatı Rusiyada hərbi qiyam qaldırıb. 

Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.

Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. 24 saatlıq böhranın sonunda Rusiya və "Vaqner" razılığa gəldikdə Priqojin Belarusa gedib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO