Xızı rayonundakı yanğınla bağlı ÖZƏL AÇIQLAMA - FOTO/VİDEO

Xızı rayonundakı yanğınla bağlı ÖZƏL AÇIQLAMA - FOTO/VİDEO

Hazırda oxunan: Xızı rayonundakı yanğınla bağlı ÖZƏL AÇIQLAMA - FOTO/VİDEO

145312

Ötən gün Xızı rayonunun Tıxlı kəndi ərazisində, dağlıq meşə massivində baş verən yanğında 60 hektar sahə yanıb. Bu sahənin 55 hektarı meşə, 5 hektarı sakinlərin biçilmiş taxıl sahəsidir. 

Bu barədə informasiyanı Bizim.Media-ya Xızı rayon İcra hakimiyyətinin şöbə müdiri Ceyhun İskəndərov verib.

Onun sözlərinə görə, yanğının söndürülməsində FHN-in Xızı Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Siyəzən, Şabran rayonlarının və Sumqayıt şəhərinin 4 yanğınsöndürən avtomobili olmaqla, ümumilikdə  8 avtomobil və canlı qüvvə işləyib. Yanğın saat 19.15-də tam söndürülüb.
Yanğının baş vermə səbəbi Xızı RİH-nin şöbə müdirinin məlumatına görə, hələlik məlum deyil.
 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO