Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti iflic oldu, hərəkət dayandırıldı- VİDEO

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti iflic oldu, hərəkət dayandırıldı- VİDEO

Hazırda oxunan: Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti iflic oldu, hərəkət dayandırıldı- VİDEO

14529

Gecədən başlayaraq yağan qar Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətini iflic edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər də paylaşılıb. 

Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində vəziyyət daha acınacaqlıdır.

 

MÖVZU İLƏ BAĞLI:

Sabah da qar yağacaq - Proqnoz 


Magistralın buz bağlaması səbəbindən çoxlu sayda avtomobil irəliləyə bilməyib və yolda qalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları qəzaların baş verməməsi üçün ərazidə postlar quraraq yolu bağlayıb, nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.

Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yola duz və qum səpilir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO