“Milan” “Çelsi”nin futbolçusunu transfer etdi

“Milan” “Çelsi”nin futbolçusunu transfer etdi

Hazırda oxunan: “Milan” “Çelsi”nin futbolçusunu transfer etdi

145160

Kristian Pulişiç tezliklə “Milan” oyunçusu olacaq.  

Bizim.Media xəbər verir ki, “Çelsi”dən ayrılmağa qərar verən vinger İtaliya klubu ilə anlaşıb.

Şəxsi anlaşmasının detallarını razılaşdıran ABŞ millisinin üzvü sabah Milana gəlib rəsmi müqaviləyə imza atmalıdır. Çünki klublar da onun keçidini razılaşdırıb. “Çelsi” bu transferdən 20 milyon dollar qazanacaq.  
24 yaşlı xorvat əsilli oyunçu 2019-cu ildə Dortmund “Borussiya”sından 64 milyon avroya transfer edilmişdi. Onun “zadəganlar”la müqaviləsi gələn yay başa çatırdı. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO