Suriya ordusu

Suriya ordusu "Vaqner"çilərin üsyanı zamanı Rusiya ordusuna kömək edib

Hazırda oxunan: Suriya ordusu "Vaqner"çilərin üsyanı zamanı Rusiya ordusuna kömək edib

145136

Suriya ordusu Rusiyaya "Vaqner" hərbi birləşməsini zərərsizləşdirməyə kömək edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” Dəməşqdəki rəsmi mənbələrə istinadən məlumat yayıb. 

Suriya kəşfiyyatı və ordusu Rusiya Federasiyasında “Vaqner”çilərin üsyanı zamanı rus hərbçilərinə dəstək verib, eyni zamanda Suriya Respublikasında “Vaqner” qüvvələrinin hərbi təşkilat kimi təcrid olunmasına və məhv edilməsinə kömək edib. 
Agentliyin məlumatına görə, birgə qüvvələr əməliyyatı iyunun 23-nə keçən gecə həyata keçirib. Suriya ordusu telefon xətlərinin və mobil rabitənin bağlanması üçün tədbirlər görüb, həmçinin “Vaqner” bölməsi komandirlərinin Rusiya hərbçilərinin ölkəni tərk etməyə məcbur etmək və ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur etmək üçün yerləşdiyi yerə gəlməsinə şərait yaradıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO