Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış OLDU – FOTO  

Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış OLDU – FOTO  

Hazırda oxunan: Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış OLDU – FOTO  

145105

Albaniya Respublikasının birinci xanımı Armanda Beqay iyulun 7-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub. 

Bizim.Media xəbər verir ki, muzeydə qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə GƏLDİ


Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. 

Diqqətə çatdırılıb ki, “qızıl fond”unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir. 

Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilib. 

Daha sonra Albaniyanın birinci xanımı Armanda Beqay muzeydə yerləşən “Zərgərlik fondu” ilə tanış olub. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır. 

Muzeylə tanışlıqdan sonra qonağa xatirə hədiyyələri təqdim olunub. 

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu Albaniyanın birinci xanımında xoş təəssürat yaradıb. 










Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO