Məşhur model ana oldu - FOTO

Məşhur model ana oldu - FOTO

Hazırda oxunan: Məşhur model ana oldu - FOTO

14496

Amerikalı supermodel Emili Ratakovski ilk övladını dünyaya gətirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı model İnstagram səhifəsində yerləşdirib.

 

MÖVZU İLƏ BAĞLI:

Məşhur model ana olduqdan sonra ilk dəfə podyumda - FOTO


Silvestr-Apollon adlanan yeni doğulan uşağın 8 mart bazar ertəsi günü dünyaya gəldiyi məlum olub.

29 yaşlı model ilk övladını əmizdirdiyi bir fotoşəkil yayımlayıb. 20 dəqiqə ərzində 876 min bəyənmə toplayan məşhur belə qeyd yazıb: "Hər şey sevgi ilə dolu, ecazkar bir səhər".

Xatırladaq ki, Emili Ratakovski ilk hamiləliyini 2020-ci ilin oktyabrında Vogue jurnalının üz qabığına çıxan zaman elan edib. 

Pərəstişkarlarına qarnını göstərib və reportajda hamiləlik məlumatlarını təsdiqləyib. Eyni zamanda, Ratakovski uşağın cinsini açıqlamayacağını söyləyib:

"Uşağımız 18 yaşına çatana qədər cinsini bilmirik, sonra bizə bu barədə özü danışacaq".

Qeyd edək ki, Emili Ratakovski aktyor və prodüser Sebastyan Bir-Makklard ilə ailə qurub.

Cütlük bir neçə həftə görüşlərdən sonra 2018-ci ilin fevralında evləniblər.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO