Azərbaycanda ilk radio nə zaman yayıma başlayıb? – TARİXİ SİRLƏR

Azərbaycanda ilk radio nə zaman yayıma başlayıb? – TARİXİ SİRLƏR

Hazırda oxunan: Azərbaycanda ilk radio nə zaman yayıma başlayıb? – TARİXİ SİRLƏR

144893

Bu gün Azərbaycanda ilk radiostansiyanın yarandığı gündür. Halbuki, biz milli radionun yaranma gününü hər ilin 6 noyabrında qeyd edirik. 

Bəs,iyulun 6-da yayıma başlayan hansı radio idi? 

Bununla bağlı Bizim.Media araşdırmalar aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan Xalq Cümhurriyyəti dövründə- 1918-ci il iyulun 6-da Gəncədə ilk radiostansiya fəaliyyətə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu radiolara Kəlbəcər və Laçında radiotezliklər ayrıldı


Gəncə radiostansiyası həmin dövrdə Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətilə bağlı efirə vaxtaşırı informasiyalar verirdi. Bu, əslində Azərbaycanda radionun fəaliyyətə başlama tarixi sayıla bilər.

Baxmayaraq ki, Şərqdə ilk radio olan Azərbaycan Radiosunun ilk dəfə 6 noyabr 1926-cı ildə yarandığını deyirik.

"Diqqət, danışır Bakı" sözləri ilə yayıma başlayan bu radio kütləvi verilişlər hazırlayırdı. O zaman insanlar ölkə paytaxtının küçə meydanlarında qurulmuş reproduktorlardan müxtəlif xəbərlərə və verilişlərə qulaq asırdılar.

Bəs, elə isə radionun Azərbaycanda hansı tarixdən fəaliyyətə başladığını deyə bilərik?

Suala tanınmış araşdırmaçı alim Nəsiman Yaqublu aydınlıq gətirib. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Xalq Cümhuriyyəti tarixində radiodan istifadə ilk dəfə 1918-ci ilin may ayının 30-da olub:

“O zaman Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı ilk məlumat Batumi üzərindən Osmanlı Türkiyəsinin hərbi radiosu vasitəsi ilə dünyaya çatdırılıb. Qeyd edim ki, kütləvi yayımlı radiolardan fərqli olaraq hərbi radioların auditoriyası və efir həcmi çox zəifdir. Hərbi radiolar əsasən morz əlifbası ilə məlumatları ötürürdü. 

Lakin AXC dövründə Azərbaycanda 2 radiostansiya yaradılmışdı. Bunun birincisi Gəncədə, ikincisi isə indiki Sahil qəsəbəsi ərazisində idi. Bu radiostansiyalar hərbi xarakterli idi. Bu radiostansiyalar mülki xəbərlər və mədəni-kütləvi verilişlər yaymırdı.
Burda ancaq hərbi xarakterli, dövlət əhəmiyyətli məlumatlar yayılırdı. Bu radiolar geniş imkanlara malik deyildilər. Amma zəruri xəbərləri yaya bilirdilər. 

Bununla da biz ölkəmizdə hərbi radionun Cümhurriyyət dövründə yaradıldığını deyə bilərik. Baxmayaraq ki, Azərbaycanda kütləvi radio verilişlərinin yayılmasına 1926-cı ilin 6 noyabrında start verilib. Lakin, radio sisteminin yaradılmasına 6 iyul 1918-ci ildə başlanılıb”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO