12 mart Daxili Qoşunların yaranması günüdür

12 mart Daxili Qoşunların yaranması günüdür

Hazırda oxunan: 12 mart Daxili Qoşunların yaranması günüdür

14487

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 29 il ötür.

Bizim.Media xəbər verir ki, 1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Daxili Qoşunların yaralı hərbçisi şəhid oldu


Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.

1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar.

Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar.

Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.

1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb.

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir.

Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.

Xalqımızın tarixinə əsl qəhrəmanlıq salnaməsi kimi daxil olan İkinci Qarabağ müharibəsində böyük Qələbənin əldə olunmasında, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Daxili Qoşunların 66 hərbçisi şəhidlik zirvəsinə ucaldı, 346 nəfər isə yaralandı.

Daxili Qoşunların iki əməkdaşı - polkovnik-leytenant Füzuli İmrəliyev və şəhid mayor Şixamir Qaflanov ən yüksək fəxri ada - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO