Arayik Arutyunyan etiraf etdi:

Arayik Arutyunyan etiraf etdi: "Qarabağdan hamı köçmək istəyir"

Hazırda oxunan: Arayik Arutyunyan etiraf etdi: "Qarabağdan hamı köçmək istəyir"

144716

Özünü “Arsaxın prezidenti” adlandıran Arayik Arutyunyan rus sülhməramlılarının müvəqqəti dislokasiya zonasındakı real vəziyyət barədə bir daha yerli "məmurlara" məlumat verib. İyunun 29-da  Emmanuel Makronun Marseldə daşnaklarla görüşdə beynəlxalq arenada tək qalaraq Ermənistanı müdafiə etdiyi bir vaxtda Arayik Arutyunyan qondarma parlamentin “deputatları” ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, İrəvan mediası həmin görüşün bəzi detallarını üzə çıxarıb. 

Qeyd edilib ki,  artıq Qarabağ ermənilərinin köç prosesi başlayıb və siyahıda həmişə olduğu kimi yerli “məmurlar” öndə gedir.  

Yeri gəlmişkən, ermənilər yəqin yaxşı anlayırlar ki, Azərbaycan heç vaxt “etnik təmizləmə” əməliyyatı keçirməyəcək. Ancaq hər bir separatçı törətdiyi cinayətlərə görə cavab verəcək. Bu baxımdan indidən qaçmağa üstünlük verirlər.
Arayik Arutyunyan görüşdə öncə köç xəbəri ilə razılaşmayıb və bildirib ki, Ermənistanda yalnız "Arsax"ın "xarici işlər naziri” var. 

O, buna siyasi don geyindirməyə çalışıb:

"Nazirimizin İrəvanda qalması mənim qərarımdır”. Amma sonra açıq danışıb: “Əslində, biz çox sərt qərarlar qəbul etməliyik. "Təhlükəsizlik Xidməti"nə yüksək vəzifəli şəxsləri mən təyin etmişəm. Burada olmamalarını ailələrinin köçürülməsi ilə əsaslandırırlar. Bununla bağlı sərt qərarlar verəcəyəm".

Bundan sonra o, köçüb gedən erməniləri hədələməyə başlayıb:

“Biz ciddi qərarlar paketini təqdim edəcəyik, buranı tərk edib gedənlər, mülklərini icarəyə verirlər, gəlir əldə edirlər, onların hamısı ilə bağlı qərar verməliyik, gəlirlərindən məhrum etməliyik".

Və sonda kriminal jarqona keçib:

“Hamı artıq getmək istəyir. Birincisi, qoy cəhənnəmə getsinlər. İkincisi, heç olmasa, sakitcə çıxıb getsinlər, bəziləri burada qalıb yaşamaq istəyir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO