İsmayıllı-Qəbələ yolunda təmir nə vaxt yekunlaşacaq? – RƏSMİ AÇIQLAMA/VİDEO 

İsmayıllı-Qəbələ yolunda təmir nə vaxt yekunlaşacaq? – RƏSMİ AÇIQLAMA/VİDEO 

Hazırda oxunan: İsmayıllı-Qəbələ yolunda təmir nə vaxt yekunlaşacaq? – RƏSMİ AÇIQLAMA/VİDEO 

144711

Yenilənən İsmayıllı yollarına ümidlər çox olsa da, yaşanan çətinliklər də az deyil. Bu il əsaslı şəkildə təmir olunan Muğanlı-İsmayıllı- Qəbələ yolunda hazırda da işlər davam edir. Lakin işin əsas tərəfi yolların bütöv şəkildə bərpa olunmasının rayon boyu gediş-gəlişin insanlara yaratdığı problemlərdir. Rayonun girişindən sonuna qədər təmir gedən yollarda ən az 1 saat ləngimə baş verir.

Beləcə insanlar sözün əsl mənasında  başqa çıxış yolu tapa bilmir. Bu yolları hər gün gedib gələn Şəki, Oğuz, Qəbələ marşrut və maşın sürücüləri vəziyyətdən əməlli başlı şikayətlənir. Onsuz da isti havada yol getmək bir dərd, bu yolu getməksə ayrı dərddir. Hələ toz olması da insanları çətin vəziyyətə salır. Sürücülər maşınların bu yollarda sıradan çıxdığını bildirirlər. Ancaq neyləyəsən ki, başqa çarə yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Muğanlı-İsmayıllı-Qəbələ yolu 10 kilometrə qədər qısalacaq - FOTO/VİDEO


Bir gedən, bir də getmir...

Nəzərə alsaq ki, istirahət üçün insanların əksəriyyəti adətən şimal-qərb zonasını seçirdi. Lakin son vaxtlar yolların bərbad vəziyyətinə görə burada istirahət etmək istəyənlərin də sayı azalıb. 

Ən çoxu da bu yolu  hər gün ən azı 2 dəfə gedən rayon maşınlarının sürücüləri gileylənir. Sürücülər bildirir ki, bu yollar əgər hissə-hissə bərpa olunsaydı onda hərəkət indiki qədər çətinləşməzdi. İsti havanı  nəzərə alaraq tez- tez su səpsələr, toz dumandan bu qədər narahatlıq yaşamarıq. 

Bəs yolların hazırkı vəziyyətində gözə görünməyən problemlər nədir?

Turizm üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə  yolların pis vəziyyətdə olması turizmə də mənfi təsir göstərir.

“Qəbələ  şimal-qərb maşrutunda böyük rol  oynayır. Hal hazırda yollarda  təmirin getməsi çox böyük maneələr yaradır. Ora gedən insanlar bir də getmək istəmirlər. Yaxud öncədən qohumları, tanışları yolların bərbad olduğunu xəbər verəndə heç kim getmək istəmir. Həmçinin bu Oğuz, Şəki, Zaqatala , Qax, istiqamətində də çətinliklər yaradır. Bu baxımdan yolların pis vəziyyətdə olması turizmə öz təsirini göstərir. Ölkəyə gələn xarici turistlər də bu mövzuda ciddi çətinliklərlə qarşılaşırlar”

Bəs təmir işlərinin nə vaxta yekunlaşmağı gözlənilir?

“Azəravtoyol” ASC Anar Nəcəflinin sözlərinə görə yolların təmiri üçün işlər dayanmadan gedir: “Təmirin tez zamanda başa çatdırılması planlaşdırılır. Muğanlı-İsmayıllı-Qəbələ yolunda gedən işlər dövlət sifarişli yolun tikintisidir. Müəyyən hissələr üzrə hazırda tikinti işləri gedir. Bunlar isə hissə-hissə baş verir. Yəni, işlərin hamsını birdən görmək mümkün olan deyil. Bayram, istirahət, tətil günləri fərq etmədən hər gün yolda işlər növbəli şəkildə davam edir ki, tez bir zamanda yolun tikintisi yekunlaşsın”.

Onun sözlərinə görə hazırda burda mütəmadi hərəkət olduğu üçün problemlərin yaşanması qaçılmazdır:

“Yolun tikintisi aparılarkən yol ümumiyyətlə bağlamalıdır ki, işlər yekunlaşsın. Bura isə intensiv hərəkət ərazisi olduğu üçün hərəkəti tamamilə məhdudlaşdırmaq mümkün deyil. Ona görə də, işlər bu şəkildə həyata keçirilir. Yəni alternativ yollardan istifadə etməklə xidməti yolla nəqliyyat vasitələrinin hərəkəti davam edir. Toz olması probleminə gəldikdə isə yay vaxtı olduğundan su səpilsə də tez quruyur buna görə də mütəmadi tozun qarşısını almaq mümkün olmur”
Ümidvarıq ki, yeni yol bütün bu çətinlikləri tezliklə unutdurar.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO