"Fransa maliyyə təzyiqləri ilə neokolonial siyasət yürüdür"- Yeni Kaledoniyalı siyasətçi 

Hazırda oxunan: "Fransa maliyyə təzyiqləri ilə neokolonial siyasət yürüdür"- Yeni Kaledoniyalı siyasətçi 

144709

"Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bu gün səhərki bəyanatına görə təşəkkür etmək istərdim. Bu, çox güclü və çox doğru bəyanat idi".

Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda Qoşulmama Hərəkatının nazirlər toplantısına qatılan Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Maqalie Tinqal deyib.

O, Fransanın Yeni Kaledoniyanın azadlığı ilə bağlı referendumu pandemiya dövründə keçirməsinin ikiüzlülük olduğunu deyib.

“Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq”.

Maqalie Tinqal qeyd edib ki, Fransa maliyyə təzyiqləri göstərməklə neokolonial siyasət yürüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO