Safura əri Fərhad Əliyevlə evliliklərinin 10 illiyini QEYD ETDİ - VİDEO

Safura əri Fərhad Əliyevlə evliliklərinin 10 illiyini QEYD ETDİ - VİDEO

Hazırda oxunan: Safura əri Fərhad Əliyevlə evliliklərinin 10 illiyini QEYD ETDİ - VİDEO

144697

2010-cu ildə Azərbaycanı “Drip-drop” mahnısı ilə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə həyat yoldaşı, iş adamı Fərhad Əliyevlə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı ilə evliliklərinin 10 ili tamam olduğunu yazaraq, bu illər ərzində çəkilən fotolardan ibarət videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Safura paylaşımına ingilis dilində “Əbədi ildönümüm mübarək. 10 il birlikdə. Etməyə qərar verdiyim ən gözəl şey həyatımı sizinlə bölüşmək oldu” şərhini yazıb. 

Qeyd edək ki, Safura və Fərhad cütlüyünün Ayşə, İsgəndər və Natiq adlı üç övladı var. Müğənnin əri mərhum və sabiq Sənaye və Energetika naziri Natiq Əliyevin oğludur.  

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO